Bakıda saxta araq istehsal edən dəstə üzvləri tutuldu
Bakıda saxta araq istehsal edən mütəşəkkil dəstə ifşa edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarusiya, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin eyni adlar altında qanunsuz istehsalını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb.
Dəstə üzvlərinə məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin onların yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı spirtli içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq mütəşəkkil dəstə üzvləri tərəfindən hazır məhsul halına gətirilərək satış üçün qablaşdırılan saxta spirtli içkilər onların paytaxtda və respublikanın müxtəlif bölgələrində yerləşən anbarlarından aşkar edilərək maddi sübut kimi götürülüb.
Aşkar edilən spirtli içkilər tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Ekspert rəyinə əsasən, aşkarlanan saxta spirtli içkilərin tərkibində insan orqanizminə ciddi təhlükə yaradan zərərli mikroqatışıq hesab edilən aseton mövcuddur.
Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri tərkibində aseton olan spirtli içkiləri müxtəlif adda hazırlayandan sonra qurduqları şəbəkə vasitəsilə satışını təşkil ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub