Yaxın günlərdə Binəqədi şosesində təmir işlərinə başlanacaq
Yaxın günlərdə Binəqədi şosesində “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək.
APA TV-nin xəbərinə görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.
Binəqədi şosesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədilə yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.
Hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.
Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanacaq. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə, tam müasir yol infrastrukturu yaradılacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub