Oğurladığı qızılları banka girov qoyub pul götürdü
Şəmkirdə qızıl oğrusu tutulub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müraciət edərək, sentyabrın 6-da yaşadığı mənzildə cinayət törədildiyini bildirib.
Zərərçəkənin ifadəsini yerində yoxlayan əməliyyat istintaq qrupu mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını sübuta yetiriblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis oğurluğu 27 yaşlı rayon sakini Şiraslan Həsənovun törətdiyini müəyyən edib.
Şöbədə dindirilən şübhəli şəxs zərərçəkənin evinə pəncərədən daxil olduğunu etiraf edib. Çağırılmayan qonaq əldə etdiyi qəniməti elə həmin gün banka girov qoyub və 1000 manat nəğd pul götürüb.
Artıq Şiraslan Həsənovun oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyaları yerli məhkəmənin qərarı ilə girov qoyulan bankdan götürülərək maddi sübut kimi ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub