Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb
"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".
APA TV-nin xəbərinə görə, bunu baş prokurorun müavini, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib: "Hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur. Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda mənzil-tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur".
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb. Regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Avropa Şurası tərəfindən təşkil edilib.
Tədbirin açılış mərasiminə baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, İAP-ın baş katibi, Prokurorları Birləşdirən Elektron Cinayət Şəbəkəsinin (GPEN) sədri Han Moraal, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Denis Daniildis, Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes və başqa şəxslər qatılıblar.
K.Əliyev bildirib ki, kibercinayətkarlıq mövzusunda regional konfrans oktyabrın 11-dək davam edəcək. Onun sözlərinə görə, kibercinayətkarlıq dünyada aktualdır: "Tədbirdə 70-ə yaxın iştirakçı var. Onlardan 46-sı Şərqi Avropa, Balkan ölkələri, Gürcüstan və İrandan olan qonaqlardır".
Baş prokurorun müavini qeyd edib ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə - çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiyaya və kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır.
Tədbir çıxışlarla davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub