İranlı general: "ABŞ hərbçilərinə terrorçu kimi münasibət göstərəcəyik"

"Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı qərarına etiraz edir". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri çıxış edib.

O, Ağ Ev rəhbəri Donald Trampa xəbərdarlıq ünvanlayaraq, ABŞ-ın İranla nüvə razılaşmasını ləğv etmək istəyini iki ölkə arasında dialoqa bir dəfəlik son qoyacağını deyib.

Cəfəri bunun cavabsız qalmayacağını da qeyd edib: "Belə bir hal baş verərsə, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ hərbçilərinə terrorçu kimi davranacaq, biz Amerika ordusunu terror təşkilatı gözündə görəcəyik".

ABŞ mətbuatı isə Ağ Evdə İrana qarşı yeni strategiya hazırlandığını, Trampın isə gələn həftə Tehranla nüvə razılaşmasının ləğvi barədə bəyanat verəcəyini yazır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR