"Maşın Şou" başladı - İŞTİRAKÇILAR BƏLLİ OLDU

“Maşın realiti şou”nun 15-ci sürətinə start verilib. APA TV-nin məlumatına görə, şoudakı iştirakçıların adları nəhayət ki, bəlli olub.

 

Bu dəfə yeddisi müğənni, dördü aparıcı, biri meyxanaçı, dördü aktyor, biri reper və biri jurnalist olmaqla maşın ətrafında 18 iştirakçı mübarizə aparacaq.

 

Beləliklə, maşının 15-ci sürətinin iştirakçıları aktyorlar Tünzalə Əliyeva, Arif Quliyev, Mehriban Xanlarova, İlkin Misgərli, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu, aparıcılar Vüsalə Əlizadə, İlqar Mikayıloğlu, Vüsalə Kərimova və Zemfira Adıgözəlova, müğənnilər Nazim Pişyari, Xatun Əliyeva, Rauf Əhmədov, Vüqar Muradov, Samirə Yusifqızı, Talıb Tale və Günel Ələkbərova, eləcə də meyxanaçı Vüqar Əbdülovdur.

 

Qeyd edək ki, şounun “Xanımlar və cənablar” adlı buraxılışı hər axşam saat 22.15-də canlı yayımlanacaq.


 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR