"Tramp III dünya müharibəsini başlayacaq" - ŞOK AÇIQLAMA
"Donald Trampın davranışları III dünya müharibəsinin başlaması ilə nəticələnəcək".
APA TV-nin məlumatına görə, bu barədə Respublikaçılar partiyasından Senata seçilən Bob Korker "The New York Times"a müsahibəsində bildirib.
"D. Tramp öz vəzifəsinə realiti-şou kimi yanaşır və bununla məni, eləcə də ölkəmizə biganə olmayan hər kəsi narahat edir. O, bir neçə dəfə "Twitter"dəki hesabındakı paylaşımları ilə ABŞ-a ziyan vurub. Yaxşı ki, onun yanında sülhsevər insanlar var" - deyə, B. Korker bildirib.
Senatorun adını çəkdiyi insanlar müdafiə naziri Ceyms Mettis, dövlət katibi Reks Tillerson və Ağ Ev aparatının rəhbəri Con Kellidir.
Bir qədər əvvəl ABŞ prezidenti "Twitter"dən Bob Korkeri növbəti dəfə senata seçilmək istəməməsi ilə bağlı tənqid edib. Bundan öncə isə senator B.Korker Dövlət Departamentinin rəhbəri olmağı arzulayıb, amma prezident tərəfindən rədd cavabı alıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub