Sabirabadda dəhşətli qəza: 4 ölü - HADİSƏ YERİNDƏN
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı 50 DF 624 dövlət nömrə nişanlı minik avtomobili ilə "KamAZ" markalı 30 BF 414 dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb. Onlardan biri - 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alan 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərir.
Hadisə yerində dünyasını dəyişən "Mercedes" in sürücüsü, Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Mustafayev Fərman Telman oğlu, 1996-cı il təvəllüdlü Quluzadə Elsevər Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Rəsulzadə Səxavət Əhməd oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.
Məlumata görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun 30-cu kilometrliyində, dumanlı havada "Mercedes"in yük maşının yoluna çıxması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub