Moskva yaxınlığında güclü yanğın - TİCARƏT MƏRKƏZİ YANIB

Moskva yaxınlığında yerləşən bir ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 2 nəfər xəsarət alıb. APA TV-nin "RIA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri xəstəxanaya çatdırılıb, digərinə hadisə yerinə cəlb olunan təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən "Sindika" ticarət mərkəzindəki yanğın 55 min kv/m ərazini əhatə edib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ümumi sahəsi 150 min kv/m təşkil edən “Sindika” ticarət mərkəzi yenidənqurma işlərindən sonra 2014-cü ildə istifadəyə verilib. Mərkəzdə inşaat və tikinti malları satılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR