Goranboyda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb

Goranboyda yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Rayonun Xanqərvənd kənd sakini, 58 yaşlı Hökmüdar Həsənov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişinlər - Naftalan sakini, 56 yaşlı Elşad Məmmədov və Xanqərvənd kənd sakini, 55 yaşlı Esmira Əzizova müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR