Ucar yolunda piyadanı avtomobil vurdu, xəsarəti ağırdır
Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəza olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Ucar rayon sakini Əliyev Vaqif Qanboy oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Rəhman Şakir oğlunu vurub.
Ağır xəsarət alan R.Məmmədov hadisə törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
176
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
208
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
530
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
642
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
661
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
494