Milli Qəhrəman, alim, şair... demədilər - BAKIDA BARELYEF OĞRULARI TUTULDU
Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərilərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.
Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də etiraf ediblər.
Dəstə üzvləri xatirə lövhələrini oğurlayandan sonra onları metal qəbulu məntəqələrinə satıblar.
Saxlanılan Müşfiq Axundov hadisəni belə təsvir edib: "Gəldim məhəlləyə, götürdüm bunları. Məhəllədə birinci Kamran dayanmışdı. Soruşdum Hüseyn hanı? Dedi, gəlir. Bir də gördüm Hüseyn də çıxdı evlərindən. Getdik onu götürdük, qoydular maşının baqajına. Gətirdim bunları düşürdüm. Bir saat keçdi. Təzədən zəng vurdular mənə ki, bir dənə də şey var. Onu da gətirək".
Saxlanılan Hüseyn Abbasov əldə olunan vəsaiti öz aralarında böldüklərini söyləyib: "Yaxınlaşdıq, lom salıb çıxardıq. İkincisini getdik, ayın 2-si Səbail rayonundan çıxardıq. Ayın 5-i də ki, cəhd göstərdik, Nərimanov heykəlinin yanından. Onu da çıxara bilmədik. Götürdüyümüz o lövhələri apardıq "Şamaxinka"da satdıq qəbul yerinə. Orada da qəbul etdilər. 390 manat pul verdilər. Pulu da ki, böldük 3 nəfərə. Adama 130 manat".
Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib: "Bir dənə "Nərimanov"dan heykəl götürdük. Ondan sonra "Baksovet"dən götürdük. 2 gün keçəndən sonra Nərimanovdan birini də götürmək istədik, alınmadı. Mühafizəçi çıxdı deyə əmələ gəlmədi. Məktəbdən heykəlin altından yazı götürmüşük. O da dəmir çıxıb deyə, tullamışam".
Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub