Bağdad Türkiyə və İrana səsləndi: "BƏRZANİ BÖLGƏSİ"NƏ QARŞI HANSI ADDIMLAR ATILACAQ?

İraqın Xarici İşlər Nazirliyi Türkiyə və İran hakimiyyətinə Kürd muxtariyyətilə sərhədləri bağlamaqla bağlı müraciət edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə nazirliyin sözçüsü Əhməd Məhcub məlumat verib. O deyib ki, adıçəkilən ölkələrdən həmçinin muxtariyyətlə neft və ticarət əməliyyatlarının dayandırılması tələb edilib.

 

Sənəddə rəsmi Bağdadın bu ölkələrlə mehriban qonşuluq, suverenliyə hörmət və terrorçuluqla birgə mübarizə şəraitində əməkdaşlıq etdiyi qeyd olunub. 

 

Bir müddət əvvəl Türkiyə Ərbil bölgəsilə hava əlaqəsini dayandırdığını bəyan edib.

 

Eyni addımı İran tərəfi də atıb.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR