Ərdoğan: "Suriyanın şimalında əməliyyatlar başladı, davam edəcək"

"Fərat qalxanı" əməliyyatı ilə özümüzə bölgədə açdığımız sahəni indi İdlibin təhlükəsizliyini təmin etməklə daha irəli aparmağa səy göstəririk. Məsələn, bu gün İdlibdə ciddi hərəkat var və bu davam edəcək".

 

APA TV-nin məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: "Hələbdən qaçıb İdlibə gələn qardaşlarımıza "İstəyirsiniz ölün, istəyirsiniz qalın" deyə bilmərik. Biz onlara əlimizi uzadırıq. İndi bu addım atıldı, davam edir. Suriya sərhədlərimiz boyunca terror koridoru yaradılmasına da əsla icazə verə bilmərik".

 

Türkiyə prezidenti hazırda əməliyyatı Azad Suriya Ordusunun həyata keçirdiyini, türk ordusunun hələlik əməliyyatlarda iştirak etmədiyini deyib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR