Pentaqon: Rusiya-İran-Suriya koalisiyası İŞİD-i məhv etmək gücündə deyil

"Rusiya, İran və Suriyanın İŞİD-i məhv etməyə gücü yoxdur". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə Pentaqon nümayəndəsi Erik Pexon çıxış edib.

O, bu açıqlamanı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun "ABŞ-ın hərbi bazaları İŞİD üçün sığınacaqlara və Suriya ərazisinə rahat keçid məntəqələrinə çevrilib" ittihamına cavab olaraq səsləndirib.

Onun sözlərinə görə, rus generalının bəyanatı gerçəkliyi əks etdirmir: "Onlar İŞİD-lə sona qədər bacara bilməyəcək. Əldə edilən uğurlar müvəqqətidir, adı çəkilən tərəflər yalnız kiçik əraziləri terrorçulardan təmizləyə bilib".


Pexon iddia edib ki, İŞİD-ə ən böyük zərbə məhz ABŞ və onun müttəfiqləri tərəfindən vurulur.

Xatırladaq ki, general İqor Konaşenkov son iki ildə beynəlxalq koalisiyanın İŞİD-lə mübarizəsi nəticəsində Suriya ərazisinin 90 faizinin terrorçuların əlinə keçdiyini bildirib. Rusiya və Suriya hərbçilərinin müştərək əməliyyatları nəticəsində isə həmin ərazilərin 80 faizinin geri alındığı iddia olunur.



 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR