Ruslar Suriyada İŞİD-in Qafqazdan olan üç komandirini öldürdü
Suriya ordusu Deyr-əz-Zor əyalətində İŞİD-in əlində olan Məyadin şəhərinə daxil olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bu barədə ordu komandanlığından bildirilib.
Şəhərin qərb hissəsinin terrorçulardan təmizləndiyi bildirilir. Savami əl-Qəlyal və ər-Rabxa yaşayış məntəqəsi uğrunda şiddətli döyüşlər gedir. Həmin ərazilərdə terrorçular ağır itki verib, onların silah anbarları məhv edilib.
Bu arada Rusiya aviasiyası anti-terror əməliyyatlarını davam etdirir. Adı açıqlanmayan bölgənin bombardmanı zamanı uzun zamandır gizlənməyi bacaran İŞİD-in Şimali Qafqazdan olan səhra komandirləri - Əbu Ömər əş-Şişani, Əlyauddin əş-Şişani və Səlahuddin əş-Şişaninin zərərsizləşdirildiyi bildirilib.
Xəbəri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub