Gədəbəy sakini boşandığı qadını niyə öldürdü? - QARŞILIQLI İTTİHAMLAR, DƏHŞƏTLİ FAKTLAR
Gədəbəydə törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
Kənd sakini, 29 yaşlı Fariz Muxtarov boşandığı həyat yoldaşı, 29 yaşlı Mətanət Muxtarovanın boğazını kəsərək onu qətlə yetirib. Cinayəti törədən Fariz Muxtarov hadisə yerindən qaçıb.
Bildirilir ki, cütlük iki il əvvəl məhkəmə yolu ilə boşanıb. Onların 2 azyaşlı övladı var. Mətanət Muxtarova qayınatasının evinin yanında olan birotaqlı evdə övladları ilə qalırmış.
Fariz Muxtarovun babası Simuzər QQəhrəmanovun dediyinə görə, qətl hadisəsi alimentə görə baş verib. Məhkəmənin qərarı ilə Fariz Muxtarov övladlarına görə aliment ödəməli imiş. Vəsaiti ödəmədiyi üçün boşandığı həyat yoldaşı bir neçə dəfə polisə şikayət edib. Hətta o, bir il məhbəs həyatı da yaşayıb. Simuzər Qəhrəmanov ötən gün yenidən polisə şikayət olunduğu üçün qətl hadisəsinin törədildiyini bildirib: "Neçə dəfə dedi, ay bala, həyətimi vermişəm, özüm gedib orda-burda kirayədə qalıram".
Qətlə yetirilən Mətanət Muxtarovanın valideynləri isə Simuzər Qəhrəmanovun ittihamları ilə razılaşmır. Qadının atası Afiq Quliyevin dediyinə görə, hadisə kartof üstündə olub. Həyətində kartof əkib becərən Mətanət məhsulu yığaraq keçmiş qayınatasının zirzəmisinə qoyub. Fariz Muxtarov isə kartofu götürüb apardığı üçün tərəflər arasında münaqişə yaranıb: "Qız uşağı səhər məktəbə aparıb. Məktəbdən uşağı gətirəndə görüb ki, qayınanasının qapısında sarı "Jiquli" taksi dayanıb. Deyib, ürəyimə damdı ki, yəqin mənim kartofumu oğurlayırlar. Taksi bunu görəndə sürüb gedib. Qız gedib qayınanasının evinə baxanda görüb kartofu yoxdur. Evdə bir qayınanası olur, bir də qayını. Bu orda bunları söyür, danlayır ki, mən bu yetimlərə necə baxım?".
Afiq Quliyev qətldə qızının keçmiş qaynının da iştirak etdiyini iddia edir.
Qeyd edək ki, Farizin ögey atası Şamil Muxtarovla ögey qardaşı Kamil Muxtarov bu ilin avqust ayında həbs edilib. Onlar kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə saxlanılıb və hazırda istintaq altındadırlar.
Cinayəti törədərək hadisə yerindən qaçan Fariz Muxtarovun axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub