Kral Putinlə saziş imzaladı, milyardları ABŞ-a ödəyir - VAŞİNQTONA SƏFƏRİ ƏRƏFƏSİNDƏ

ABŞ Dövlət Departamenti raket əleyhinə THAAD sistemlərinin Səudiyyə Ərəbistanına satışına razılıq verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Dövlət Departamentin bəyanatında deyilir. Məlumata əsasən, müqavilənin məbləği 15 milyard dollar təşkil edir.  

 

Bu ilin mayında Ər-Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 milyard dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir. 

 

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun 2018-ci ilin əvvəlində ABŞ-a rəsmi səfəri nəzərdə tutulub. 

 

Xatırladaq ki, Səudiyyə kralın Rusiyaya səfəri zamanı iki ölkə arasında C-400 zenit-raket komplekslərinin satışı ilə bağlı anlaşma əldə olunub.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR