Türkiyə millisi “BİTDİ” demədən BİTDİ

Dünya çempionatı-2018-in seçmə mərhələsinin 9-cu turu başa çatıb. İ qrupunda mübarizə aparan Türkiyə millisi İslandiya yığması ilə qarşılaşıb. Öz meydanında 0:3 hesabı ilə məğlub olan qardaş ölkə millisi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak şansını itirib.

 

Türkiyə millisi qrupdan çıxmaq şansını qorumaq üçün İslandiya yığmasını mütləq məğlub etməli idi. Lakin hər şey türklərin əleyhinə olub və məğlubiyyətə uğrayan Türkiyə millisi cədvəlin 4-cü pilləsinə düşüb.

 

İslandiya yığması isə qələbə sayəsində 19 xalla qrup liderinə çevrilib. 17 xalı olun Xorvatiya və Ukrayna milliləri 2-ci və 3-cü yerləri bölüşdürür.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR