Puerto-Rikoda “Mariya” qasırğası qurbanlarının sayı artıb

Puerto-Rikoda “Mariya” tropik qasırğasının qurbanlarının sayı 36 nəfərə çatıb.

APA TV-nin məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi. Son hesablamalara görə, təbii fəlakət nəticəsində Puerto-Rikoya 90 milyard dollar ziyan dəyib.

Son aylar ərzində ABŞ və onun ada ərazilərində dalbadal bir neçə güclü qasırğa baş verib. Təbii fəlakətlərin Amerika büdcəsinə yüz milyardlarla dollar ziyan vurduğu bildirilir. Qasırğadan sonra Puerto-Riko ciddi maliyyə problemləei yaşayır.

 

ABŞ prezidenti Donald Tramp Puerto-Riko hökumətini qeyri-effektiv işləməkdə ittiham edib. Amerika liderinin fikrincə, yerli məmurlar hər şeyin onların əvəzinə edilməsimi gözləyirlər. Bununla belə, Donald Tramp söz verib ki, Puerto-Riko sakinləri təhlükəsizlikdə olana qədər onlara yardım ediləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR