Neftçala sakinindən 4 kq narkotik götürüldü

Neftçala sakinindən külli miqdarda narkotik götürülüb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mikayıllı kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Həsən İbrahim oğlu şübhəli şəxs qismində saxlanılıb.

 

Onun  üzərindən və atası  Kərimov İbrahimə məxsus  maşının yük yerindən 4 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, Həsən Kərimovun yaşadığı Mikayıllı kəndindəki evə baxış keçirilən zaman dəmir qabda və 8 ədəd kibrit qutusunda, eləcə də həyətyanı sahədə əkilmiş tərəvəz kollarının arasında müxtəlif bankalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ümumilikdə Həsən Kərimovdan ümumi çəkisi 3 kiloqram 730 qram qurudulmuş marixuana və 2,7 qram tiryək aşkar edilərək götürülüb.

 

İki uşaq atası olan Həsən Kərimov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR