"Aşura donorları"nın 122 nəfəri infeksiya daşıyıcısı olub - HİV, HEPATİT, SİFİLİS
Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub.
Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.
Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 3827 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.
OXŞAR XƏBƏRLƏR
12:50
213
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
237
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
562
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
649
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
666
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
496