Şamaxıda avtomobil dərəyə aşdı: 3 yaralı
Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 126-cı kilometrliyində, Meysəri kəndi ərazisində qeydə alınıb.
Saatlı sakini, 1993-cü il təvəllüdlü Elmar Azər oğlu Süleymanov idarə etdiyi 10 RO 933 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq 10 metr dərinliyi olan dərəyə yuvarlanıb.
Hadisə nəticəsində sürücü Süleymanov Elmar Azər oğlu və sərnişinləri - Cəlilabad sakini, 1985-ci il təvəllüdlü Oqtay İsrafil oğlu Dadaşov, Qaradağ sakini və 1988-ci il təvəllüdlü Aynur Babahəsən qızı Cəlilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub