Ukrayna parlamentində dava düşdü
Ukrayna Ali Radasının növbəti iclası deputatların əlbəyaxa davası ilə nəticələnib.
APA TV-nin Rusiya mətbuata istinadən məlumatına görə, deputat Yuri Levçenko Rəyasət Heyətinin oturduğu masaya yaxınlaşmaq istəyərkən digərləri onu uzaqlaşdırmağa çalışıb.
Levçenko buna cavab olaraq əlinə keçənləri sədr Andrey Parubiyin üstünə atmağa başlayıb.
Deputatların etirazlarına səbəb isə Y.Levçenkonun Donbas məsələsi ilə bağlı səsverməni pozmaq cəhdləri olub.
Qeyd edək ki, bir müddət əvvəl də bu məsələnin müzakirəsi zamanı parlament deputatların davasına səhnə olmuşdu.
OXŞAR XƏBƏRLƏR
12:50
213
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
237
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
562
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
649
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
666
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
496