Nobel sülh mükafatının sahibi məlum oldu
2017-ci il üçün Nobel sülh mükafatının sahibi açıqlanıb.
APA TV-nin məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (International Campaign to Abolish Nuclear Weapons) layiq görülüb. Bu mükafat təşkilata "nüvə silahlarından istifadənin faciəvi nəticələrə gətirib çıxarmasına diqqət ayırmaq sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə" verilib.
2017-ci il üçün Nobel sülh mükafatına 318 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərdən 215-i fiziki şəxs, 103-ü isə təşkilat idi.
Qeyd edək ki, ötən il mükafatın sahibi Kolumbiyanın prezidenti Xuan Manuel Santos olub.
OXŞAR XƏBƏRLƏR
12:50
212
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
237
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
562
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
648
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
666
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
496