İstirahət günlərində hava necə olacaq? - PROQNOZ

Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Proqnozlar Bürosunun şöbə rəisi Fərqanə Həsənova APA TV-yə açıqlamasında bildirib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərə nisbətən tədricən yüksələcək: “Hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gündüz 18-23 dərəcə isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək”.

 

Oktyabrın 9-a qədər Abşeron yarımadasında havanın mülayim və zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Bölgələrə gəlincə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. 

 

Qeyd edək ki, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.  

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR