ABŞ sahillərinə yeni qasırğa yaxınlaşır: Kosta-Rika və Nikaraquada 22 nəfər öldü

Mərkəzi Amerika ölkələri "Neyt" qasırğanın əsirinə çevirilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Kosta-Rika və Nikaraquada ölənlərin saı 22 nəfərə çatıb, 15 nəfər isə itkin düşüb. Kosta-Rikada fövqəladə vəziyyət elan olunub, 3 min nəfərədək əhali təbii fəlakət zonasından təxliyə edilib.

 

Qeyd edək ki, "Neyt" hazırda ABŞ istiqamətinə hərəkət edir, 12 saatdan sonra onun Yutakan adası, Florida, Luiziana və Alabama ştatlarına çatacağı gözlənilir. Sözü gedən ərazilərdə artıq fövqəladə rejimin tətbiqinə başlanılıb.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR