Putinlə kral razılaşdı: BU ANLAŞMALARA MİLYARDLAR XƏRCLƏNƏCƏK
Səudiyyə Ərəbistanı Rusiyadan ən azı 4 divizion C-400 raket kompleksi alacaq. APA TV-nin məlumatına görə, müqavilənin ümumi dəyəri 2 milyard dollardır. Bundan başqa tərəflər Səudiyyə Ərəbistanında AK103 markalı Kalaşnikov avtomatları və bu silah üçün patronların istehsalı barədə razılıq əldə ediblər. İmzalanan saziş çərçivəsində Moskva Ər-Riyada TOC-1A ağır odsaçan sistemləri, tank əleyhinə “Kornet-EM” raket kompleksləri, AQS-30 qumbaraatanları satacaq. Silah alqı-satqısına dair müqavilələrin ümumi dəyəri 3 milyard dollardan artıqdır.
İki ölkə arasında əməkdaşlıq təkcə hərbi sahə ilə məhdudlaşmayacaq. Səudiyyə Ərəbistanının Suveren Fondu Rusiyada layihələrin həyata keçirilməsinə 10 milyard dollar investisiya yatıracaq. Bu, Rusiya iqtisadiyyatına yatırılan ən yüksək həcmli investisiyadır. Bu sərmayənin hansı sahələrə yatırılacağı hökumətlərarası komissiyanın iclasında razılaşdırılacaq.
Bundan başqa iki ölkə arasında enerji sahəsində birgə layihələrin həyata keçirilməsi razılaşdırılıb. İki ölkənin lideri qlobal neft paktının icra müddətinin uzadılması barədə danışıqları dəstəkləyən bəyanatlarla çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub