Almaniyada da "referendum" çağırışları: BAVARİYA MÜSTƏQİL OLMAQ İSTƏYİR
Almaniyanın Bavariya vilayəti müstəqillik istəyir.
APA TV-nin məlumatına görə, ölkənin ən zəngin vilayətlərindən olan Bavariyada fəaliyyət göstərən Bavariya Partiyası katalonlardan təsirlənərək Almaniyadan ayrılmaq üçün fəaliyyətə başlayıb. Partiyanın rəsmi "Facebook" hesabından yayılan açıqlamada "Bavariyanın müstəqilliyi, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır" fikri yer alır.
Separatçı partiya vilayətin sahib olduğu zənginliyin Almaniya ilə bölünməsinə qarşı çıxır. Bavariyanın Kataloniyadakı hadisələrin təsiri altında olduğu bildirilir.
Bavariya Partiyasının yaxın vaxtlarda Avropa Ədalət Məhkəməsinə müraciət edərək Bavariya dilinin Alman dilindən başqa bir dil olduğu məsələsində ekspert hesabatı tələb edəcəyi gözlənilir. Ötən il Bavariyanın Konstitusiya Məhkəməsinə müraciət edərək vilayətin Almaniyadan ayrılmaqla bağlı müstəqillik referendumuna getmək istəyini məhkəmə rədd etmişdi.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub