Səudiyyə kralı və Putin nefti bahalaşdırdı: Qiymətlər 57 dolları keçib

Səudiyyə Ərəbistanı və Rusiya liderlərinin “OPEK+” formatında danışıqları dəstəkləməsi neftin qiymətini yenidən bahalaşdırıb. Həftə ərzində ilk dəfə olaraq “Brent” markalı neftin qiyməti 57 dolları keçib. Hazırda bu markadan olan neft 57,04 dollara satılır.

 

“Brent” neftinin gün ərzində 2,15 faiz bahalaşması Qərbi Texas neftinin də dəyər qazanmasına səbəb olub. WTİ neftinin bir bareli 50,72 dollardan satılır. İki marka arasında qiymət fərqi yenidən 6 dolları keçib. Bu, OPEK və qlobal neft paktında iştirak edən dövlətlərin qiymətlərin müəyyənləşməsində dominant rolunun yenidən güclənməsi deməkdir.

 

Bu gün birjalarda həftənin son seansları keçiriləcək. Yekun qiymətlərə ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair həftəlik hesabat ciddi təsir göstərəcək. Bir neçə həftədir ölkədə belə buruqların sayı azalmaqdadır, bu həftə isə sayın artacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR