Keçmiş arvadının başını atası evində kəsdi - GƏDƏBƏYDƏ
Gədəbəydə qətl hadisəsi törədilib.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.
Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
212
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
237
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
562
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
648
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
666
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
496