Azərbaycan - Çexiya 1-2 (Qollar)
Oktyabrın 5-də DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start verilib. APA TV-nin məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib. Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb.
Matç qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk qolu 35-ci dəqiqədə Kopiç vurub. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissəyə fəal başlayan komandamız 10 dəqiqə sonra tarazlığı bərpa edə bilib. Sürətli əks hücum zamanı Ruslan Qurbanova qarşı kobudluğu matçın hakimi penalti kimi dəyərləndirib. Əfran İsmayılov dəqiq oynayıb.
Ancaq komandamızın sevinci uzun çəkməyib. 11 dəqiqə sonra Barak başla yenidən çexləri önə keçirib. Oyunda başqa qol olmayıb və millimiz 3-cü dəfə üz-üzə gəldiyi Çexiyaya ilk dəfə uduzub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub