Mərdəkanda iki bacını maşın vurdu

Gecə saatlarında Bakının Xəzər rayonunda iki bacını avtomobil vurub. APA TV xəbər verir ki, yol qəzası Mərdəkan qəsəbəsində baş verib.

Hadisə zamanı 1991-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Hacıağa qızı və onun bacısı 1994-cü il təvəllüdlü Gülnaz Əliyeva avtomobilin zərbəsinə tuş gəlib. Onların həmin vaxt yolun qarşı tərəfinə keçmək istədikləri bildirilir.

Xəsarət alan bacılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri orta ağırlıqdadır.

Yol qəzasının təfərrüatlarını isə Xəzər polisi araşdırır. Fakt üzrə cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR