Lənkəran-Lerik yolu bağlandı - TORPAQ SÜRÜŞDÜ
Güclü leysan yağışlar Lerikdə də fəsadlara yol açıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, sürüşmə nəticəsində Lənkəran-Lerik yolu səhər saatlarında tamamilə bağlanıb.
Dağdan axan torpaq qatı və iri gövdəli ağaclar yolu bağlayıb. Hər iki istiqamətdə avtomaşınlar gözləməli olublar.
Torpaq sürüşməsi elektrik təsərrüfatına da ciddi ziyan vurub. Belə ki, iri gövdəli ağacların kökündən qoparaq naqillərin üzərinə düşməsi onların qırılması ilə nəticələnib. Hazırda ərazidə yenə də aktivlik müşahidə edilir.
"Azəravtoyol" ASC-nin əməkdaşı Ənvər Məmmədovun sözlərinə görə, hazırda yolun hərəkət hissəsində yaranan bu problemləri həll etmək üçün bütün yol işçiləri və ağır texnikaları səfərbər olub. Ən gərgin vəziyyət 17, 24, 36-37-ci km-də yaşanırdı, indi yol bir tərəfli tamamilə açılıb.
Lerikin Hamarmeşə kəndi ərazisində piyada keçid körpüsünü sel yuyub aparıb. Çaylarda suyun səviyyəsinin qalxması sahil boyu yerləşən turizm obyektləri üçündə təhlükə yaradıb: "Dünən axşam 6-dan başladı, sel gəldi basdı, qarşısını almaq mümkün olmadı. Otaqlar, soyuducu suyun altında qaldı. Çayın qabağını aldıq birtərəfli, amma hamı obyektin içinə doldu".
Yaranan bütün problemlərin sabah tam aradan qaldırılacağı deyilir. Hazırda bölgədə mülayim hava şəraiti hökm sürür.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub