Abadi peşmərgələrə səsləndi: "Ordunun tərkibində qalın, əks halda..."

İraqın baş naziri Heydər əl-Abadi Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra kürd peşmərgə silahlı birləşmələrini ordunun tərkib hissəsi olmağa çağırıb.

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bildirib ki, çəkilən qüvvələr bununla ölkə əhalisinin təhlükəsizliyini təmin etmiş olacaq.

 

Eyni zamanda o, rəsmi Bağdadın kürdlərlə münaqişəyə getmək niyyətində olmadığını bəyan edib. Baş nazir vurğulayıb ki, kürdlər hər hansı razılaşma imzalanarkən mərkəzi hakimiyyətin legitimliyini nəzərə almalıdır.

 

Qeyd edək ki, sentyabrın əvvəlində ölkə parlamenti baş naziri mübahisəli əraziləri güc yolu ilə nəzarətə götürməyə çağırıb.




 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR