Səudiyyə kralı Moskva səfərinin məqsədini açıqladı

"Əminəm ki, Moskva səfərim ikitərəfli əlaqələrin, habelə dünyada sülh və sabitliyin möhkəmlənməsinə zəmin yaradacaq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz əl-Səudun adından Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

 

Çərşənbə günü başlayan ilk tarixi səfər çərçivəsində kralın Rusiya prezidenti Vladimir Putinlə danışıqlarında neft bazarında vəziyyət, hərbi-texniki əməkdaşlıq, Suriyada vəziyyət və Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı gərginlik müzakirə edəcəyi gözlənilir.

 

Eyni zamanda səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrinə aid bir sıra sənədlərin imzalanacağı gözlənilir.


Qeyd edək ki, hər iki ölkə rəsmiləri dəfələrlə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını açıqlayıb.
 



 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR