Rusiya və Türkiyə İdlib məsələsində razılaşdı - ƏRDOĞANDAN AÇIQLAMA

Suriyanın İdlib vilayətinə Türkiyə hərbçiləri nəzarət edəcək.

 

APA TV-nin məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

 

O, Suriyada atəşkəs bölgələrinin sərhədləri məsələsində, daxildə və xaricdə vəzifə bölgüsü aparıldığını deyib.

 

"Putinlə Türkiyədə üçlü mexanizmi necə icra edəcəyimizi müzakirə etdik. Bu mövzuda yol xəritəmiz var. İdlibi sərhədləri içində Türkiyə, kənardan Rusiya nəzarətə alacaq. Beləcə, oradakı insanların hüzurunun təmini üçün addımlar atılacaq. Cerablusda, Əl-Babda bunu necə bacardıqsa, oraya 100 min insan necə geri döndüsə, İdlibdə də belə olacaq. Türkiyə Silahlı Qüvvələri İdlib sərhədləri içində, Rusiya Silahlı Qüvvələri sərhədlərin xaricində təhlükəsizliyi təmin edəcək".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR