Lənkəranda sel körpünü apardı
Lənkəranda Lənkəran çayının daşması nəticəsində xeyli sayda yaşayış evi su altında qalıb, 10 ailə isə təxliyə edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, daşqın zamanı Sütəmurdov kəndi və şəhərin çaykənarı məhəllələri su altında qalıb.
Bəzi həyətlərdə suyun səviyyəsi 1 metrdən yuxarıdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərdə köməksiz vəziyyətdə qalan insanların təxliyə edib. Axın güclü olduğundan, FHN-in xilasediciləri evlərə rezin qayıqlarla yaxınlaşa bilməyiblər. Bu səbəbdən motorlu qayıqlardan istifadə etmək zərurəti yaranıb.
Rayonun daha bir neçə kəndində, o cümlədən Girdəni kəndində də vəziyyət ürəkaçan deyil. Lənkərançayın səviyyəsinin kəskin qalxması səbəbindən Molla kəndi ərazisində Mübariz adlı şəxsə aid evi su yuyaraq aparıb. Xoşbəxtlikdən evdə yaşayış olmayıb. Bundan başqa, Əşlə kəndi ərazisində avtomobil körpüsünü sel aparıb. Kənd sakinlərinin verdiyi məlumata görə, kəndlə rayon arasında əlaqə kəsilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub