İspaniya vətəndaş müharibəsi astanasında - KATALONİYAYA QOŞUN YERİDİLİR

İspaniya mərkəzi hökuməti Kataloniyaya ordu göndərməyə başlayıb.

 

APA TV-nin məlumatına görə, muxtariyyət ərazisində isə müstəqillik tərəfdarları katalonlar ilə İspaniya polisi arasında qarşıdurmalar davam edir.

 

Polis Barselona küçələrində referendumdan əvvəl başlayan və sonrakı aksiyaları yatırmağa çalışır, sərt müdaxilələr edilir. Hər iki cəbhə liderləri qarşılıqlı açıqlamalar verir. İspaniya kralı VI Filip referendumu tanımadığını deyib. Ardından katalon lider Karles Puçdemon bölgənin müstəqilliyinin elan ediləcəyini açıqlayıb, ancaq dəqiq tarix göstərməyib.
 

Kataloniya sərhədində yerləşən La Panadella bölgəsinə hərbi qüvvələr yeridilir. İspaniya Müdafiə Nazirliyinin əmri ilə hərbi konvoyların sayının iki olduğu bildirilir. Müvafiq olaraq 20 yük maşını ilə hərbi təchizat və sursat daşınır.

 

İspaniya ordusunun bölgəyə müdaxilə edə biləcəyi iddiası katalonlar tərəfindən etirazla qarşılanıb, bu, işğal  kimi qiymətləndirilir.

 

Kataloniya Muxtar Vilayəti hökumətinin rəhbəri Puçdemon "Mənim hökumətim verdiyi sözdən dönməyəcək" sözlərini işlədib.

 

Qeyd edək ki, oktyabrın 1-də Kataloniya keçirilən "müstəqillik referendumu"nda seçicilərin əksər hissəsi "hə" deyib. Rəsmi Madrid, eləcə də İspaniyanın daxil olduğu Avropa Birliyi referendumu qeyri-qanuni adlandırıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR