"Apamark" küçəyə zibil atanlar haqqında çarx hazırlayıb
Küçəyə zibil atmaq mədəniyyətsizlikdir. Bu, həm də şəhərin ekoloji təmizliyinə mənfi təsir edir. Təəssüf ki, yaxında zibil qutularının olmasına rəğmən, əlindəki siqareti, sellofanı və ya başqa tullantını küçəyə atanlar az deyil.
Kimi deyir ki, cərimə olsun, kimi deyir ki, maarifləndirmə aparılsın. Elə "Apamark" Marketinq və PR şirkəti tərəfindən hazırlanmış sosial çarx da ikinci qəbildəndir.
Çarxda səslənən sətirlər Yap10 (yapon) ləqəbli reper Zamiqə məxsusdur: “Həm yaxşı görünmür, həm də əziyyət çəkənlər var. Real yanaşsaq, işidir. Amma həddi olmalıdır. Əgər əlimizdəki zibili yerə atmasaq, onlara da çox yük düşməz. Düzdür, hərdən insan fikirli olur, dükandan nə isə alanda qalığını küçəyə tullayırıq”.
Zamiq etiraf edir ki, özü də zaman-zaman yerə zibil atır: “Siqaret çəkirəm. Yerə atdığım zamanlar olub. Ola bilər, fikirli olmuşam. Ya da xırda bir şey olduğuna görə önəm verməmişəm. Amma inanın səmimiyyətimə, bu çarxdan sonra yerə zibil atmamağa çalışıram”.
Gəlin həm mədəni olmağa çalışaq, həm də yaşadığımız yerin ekoloji təmizliyini qoruyaq!
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub