Putindən xəbərdarlıq: "Şimali İraqa neft embarqosu tətbiq olunmamalıdır"

Şimali İraqa neft embarqosu tətbiq edilməsi qiymətlərin bahalaşmasına səbəb ola bilər. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunda çıxışı zamanı deyib.

 

Prezident bildirib ki, bahalaşma səbəbilə hansısa ölkənin bu embarqonu tətbiq edəcəyinə inanmır:

 

“İnanmıram ki, embarqonun tətbiqində kimsə maraqlı olsun. Buna görə də real həyatda nə baş verdiyinə diqqətlə baxmaq lazımdır və istənilən təklif vəziyyəti gərginləşdirməməlidir”.

 

Putinin sözlərinə görə, Şimali İraqdan neft idxalına embarqo tətbiqi qlobal enerji bazarına dərhal təsir göstərəcək və qiymətlər yüksəlməyə başlayacaq.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bərzani bölgəsində keçirilən "referendum"dan sonra Şimali İraqdan neft daşımalarını dayandıra biləcəklərini bəyan edib. İraqın şimalında hasil olunan neft dünya bazarına Türkiyə ərazisindən keçən iki neft kəməri vasitəsilə çıxarılır. Bu bölgədə neft hasilatında iştirak edən şirkətlər arasında "Rosneft" və "Lukoyl" da var. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR