Türkiyədə ən çox ev alan xaricilər ərəblərdir - STATİSTİKA

Türkiyədə daşınmaz əmlak alan xarici ölkə vətəndaşları arasında ərəblər üstünlük təşkil edir. APA TV-nin məlumatına görə, avqust ayında ölkədə ən çox ev İraq, Səudiyyə Ərəbistanı və Küveyt vətəndaşları tərəfindən alınıb. Ay ərzində bu ölkələrin vətəndaşları təkcə İstanbulda 524 ev, villa və torpaq sahəsi alıblar. Ərəblərin İstanbuldan sonra ən çox ev aldığı şəhərlər  Antalya və Yalovadır. Avqustda İraq vətəndaşları 317, Səudiyyə Ərəbistanı vətəndaşları 198, Küveyt vətəndaşları 135 mənzil alıblar.

 

Ümumilikdə xarici ölkə vətəndaşları ay ərzində Türkiyədə 1684 ev alıblar. Türkiyədə ev alan xaricilər arasında Rusiya və Əfqanıstan vətəndaşları da üstünlük təşkil edir. Təkcə avqust ayında Türkiyədə ruslar 95, əfqanlar 81 mənzil alıblar. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR