Səudiyyə kralından Moskvaya tarixi səfər
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud Moskvaya səfər edib. APA TV-nin məlumatına görə, bu, kralın iki ölkə tarixində Rusiyaya ilk səfəridir.
Səfər çərçivəsində Salman bin Əbdül Əziz Əs Səud Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevlə görüşəcək.
İşgüzar səfərin oktyabrın 7-dək davam edəcəyi gözlənilir.
Kralı təxminən 1000 nəfərlik nümayəndə heyəti müşayiət edir. Səfər müddətində Kreml və Qırmızı meydan ətrafındakı 5 ulduzlu otellərin hamısının boş nömrələri götürülüb. Otellər qonaqların ənənəsinə uyğun - Şərq stilində dizayn edilib. Nümayəndə heyətinin yüksək vəzifəli üzvləri üçün Səudiyyə Ərəbistanından xüsusi xalçalar da gətirilib.
OXŞAR XƏBƏRLƏR
12:50
238
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
259
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
583
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
654
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
670
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
500