Minik maşını traktorla toqquşdu: qadın öldü, iki övladı və qardaşı yaralandı
Mingəçevir-Aran avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb. "VAZ-21012" markalı minik avtomobili qarşı tərəfdən gələn traktorla toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, Yevlağın Salahlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədova Flora Zakir qızı aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Qadının iki azyaşlı övladı və qardaşı olan sürücü yüngül bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
237
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
259
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
583
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
654
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
670
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
500