Masallıda çay məcrasından çıxdı,100-ə yaxın evi su basdı

Boradigah çayının məcrasından çıxması səbəbindən Masallının Boradigah qəsəbəsində 100-ə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.

 

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.  Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq. Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələ də davam edir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR