Mexikoda meyitlərin axtarışları dayandırıldı: zəlzələ qurbanlarının sayı artır
Meksikanın paytaxtı Mexikoda sentyabrın 19-da baş vermiş zəlzələ nəticəsində ölənlərin meyitlərinin axtarışları dayandırılıb. Bunu Meksika paytaxtının meri Anxel Mansera elan edib. O, bildirib ki, artıq itkin düşən Mexiko sakini yoxdur və meyitlərin axtarışını davam etdirməyə etdirməyə ehtiyac qalmayıb. Merin sözlərinə görə, dağıntıların toplanması işləri isə davam etdiriləcək.
Mexiko meri deyib ki, dağıntılar altından 69 nəfər sağ çıxarılıb. Onlardan 16-sı hələ xəstəxanadadır, 3 nəfərin isə vəziyyəti ağırdır.
Meksikada dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 369 nəfərə çatıb. Ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente bildirib ki, ən çox insan itkisi paytaxt Mexikoda qeydə alınıb - 228 nəfər.
Meksika prezidenti sentyabrda baş vermiş zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün 37,5 milyard peso (2 milyard dollardan çox) vəsaitə ehtiyac olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub