Lənkəranda naməlum kişi meyiti tapıldı
Lənkəranda yol kənarında naməlum kişi meyiti tapılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, meyit Ələt-Astara magistral yolunun Göyşaban kəndi ərazisindən keçən hissəsində yol kənarında aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Təqribən 50-55 yaşlarında olan kişi meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Üzərində şəxsiyyət vəsiqəsi olmadığından, onun şəxsiyyətini təyin etmək mümkün olmayıb. Meyitə baxış keçirilən zaman üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəbləri aparılan müayinənin yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:50
262
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
281
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
604
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
660
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
674
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
504