Azərbaycanda 5 ev muzeyinin saytı yeniləndi

Azərbaycanda 5 görkəmli xadimin ev muzeyinin veb-saytı yenilənib.

 

APA TV-nin məlumatına görə, söhbət Nəriman Nərimanovun, Məmməd Səid Ordubadinin xatirə muzeyi, Cəfər Cabbarlının, Əzim Əzimzadənin və Cəlil Məmmədquluzadənin ev muzeylərinin saytlarından gedir.

 

Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində bildirilib ki, portallar yeni dizaynda, eləcə də son texnologiyaları dəstəkləyən sistemlə təchiz olunaraq istifadəçilərin ixtiyarına verilib.

 

Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı veb-saytların çox əhəmiyyətli olduğunu bildirib: "Çünki bu şəxsiyyətlərin həm həyatı, həm də yaradıcılığı ilə bağlı maraqlananlar həmin saytlara daxil olub, ev muzeylərində keçirilən tədbirlər haqqında məlumat əldə edə biləcəklər. Buna görə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə minnətdaram”.

 

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Günel Əhmədova deyib ki, saytlar daha yığcam və rahat hazırlanıb. Həyat və yaradıcılıqları ayrı bölmədədir: "Hətta Nəriman Nərimanovun xatirə muzeyinin veb-saytında xüsusi bloq-keçid vasitəsilə tibbi məqalələri, ayrı-ayrı əsərlərini oxumaq olar. Bütün saytların mobil versiyaları hazırlanıb”.

 

Üç ay ərzində hazırlanan beş saytın hər biri axtarış sisteminə uyğunlaşdırılıb və optimallaşdırılıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR