Ruhani və Ərdoğan Suriya və İraqı müzakirə etdi - TEHRANDA TARİXİ GÖRÜŞ
Tehrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında əsas müzakirə mövzularından biri İraq və Suriyadakı vəziyyət, Şimali İraqda keçirilən "referendum" olub.
APA TV-nin məlumatına görə, Ruhani İranın bu iki ölkənin ərazi bütünlüyünün tərəfdarı olduqlarını deyib: "İran, Türkiyə və Rusiya arasında Suriyadakı atəşkəsi qorumaq üçün üçtərəfli əməkdaşlığa ehtiyac var. Xarici qüvvələr bölgəni bölməyə çalışır, ancaq bizim məqsədimiz unitar İraq dövlətidir. İraq və Suriyanın ərazi bütünlüyünün tərəfdarıyıq. İran, Türkiyə və İraq olaraq ciddi cəhdlər etməliyik. Ortaq strateji məqsədlərimizi həyata keçirməliyik. Terrorizmlə mübarizə etmək iki ölkənin ortaq hədəfidir. Gərək İŞİD, gərəksə PKK ilə".
Türkiyə prezidenti Şimali İraq Kürd Muxtariyyətində keçirilən "müstəqillik referendumu"nun qeyri-qanuni olduğunu, ölkəsi tərəfindən qəbul edilmədiyini deyib: "Şimali İraqı da İsraildən başqa tanıyan yoxdur. Qərar Mossad tərəfindən alınıb və qeyri-qanunidir. Bu qərar muxtariyyət rəhbərliyini yalnızlığa məhkum edəcək. Bəzi addımlar atmışıq. İstər İran, istər Türkiyə, istər Bağdad hökumətinin bundan sonra atacağımız daha sərt addımlar var".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub