Azərbaycan Ordusu haqqında yeni film çəkilib

Milli Ordumuzun şücaətlərindən bəhs edən sənədli film çəkilib.

 

APA TV-nin məlumatına görə, Nizami Kino mərkəzində keçirilən təqdimat mərasimində Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, Hərb Tarixi Muzeyinin direktoru polkovnik Əzizağa Qəni-zadə bildirib ki, vətənin xilası uğrunda qəhrəmancasına həlak olmuş Milli Ordunun əsgər və zabitlərinin xatirəsi hər zaman xatırlanmalıdır. Bu baxımdan çəkilən film mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd olunub ki, “Ultimatum” filmi Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Ordusunun yenilməzliyinin təbliği” adlı layihə çərçivəsində təqdim olunur.

 

Tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən eni 2 metr, uzunluğu 11 metr olan rəsm əsəri də nümayiş olunub.

 

Qeyd edək ki, “Ultimatum” adlı ekran işində müharibənin ən çətin dönəmlərini əks etdirən hekayələr müharibə iştirakçılarının dilindən nəql edilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR